Oyun Qaydaları

Hər şey haqqında bir səhifədə

Komanda Tərkibi

  • Heyət: 15 oyunçu (2 QAP + 5 MÜD + 5 YMD + 3 HÜC)
  • Büdcə: 100M (oyunçu qiyməti 4.0M–12.0M)
  • Klub limiti: bir klubdan maksimum 3 oyunçu
  • Başlanğıc 11: min. 1 QAP, 3 MÜD və 1 HÜC sahəyə qoy
  • Skamya: qalan 4 oyunçu (1 QAP + 3 sahə oyunçusu)
  • Kapitan: balları x2 qazanır
  • Vitse-kapitan: kapitan oynamasa x2 ona keçir

Bal Hesablama

HadisəBal
⏱️ 60+ dəqiqə oyun+2
⏱️ 60-dan az dəqiqə+1
⚽ Qol vurma:
QAP MÜD YMD HÜC
+10 / +6 / +5 / +4
🅰️ Assist+3
🛡️ Təmiz qapı (90 dəq):
QAP MÜD YMD
+4 / +4 / +1
🧤 3 zərbənin qarşısını alma (QAP)+1
⚖️ Penalti qurtarma (QAP)+5
⚠️ Sarı vərəqə−1
🟥 Qırmızı vərəqə−3
⛔ Avtoqol−2
❌ Penalti buraxma−2
🛡️ 2 qol buraxma (QAP/MÜD)−1
⭐ Bonus (turun ən yaxşıları)+1 / +2 / +3

Mükafatlar

🏆 3 dövrə · hər biri 11 oyun · qaliblər hər dövrənin sonunda mükafat alır
🥈
2-ci yer
200
🥇
1-ci yer
300
🥉
3-cü yer
100

Strateji Çiplər

WC

Wildcard

Bütün komandanı pulsuz dəyişdirməyə imkan verir — istənilən sayda transferlə. Adətən forma yaxşı olmayan oyunçulardan qurtulmaq və ya formada olanları almaq üçün istifadə olunur.

⏰ Mövsümdə 2 dəfə: 1-ci yarıda 1, 2-ci yarıda 1
TC

Triple Captain

Kapitanın bal x2 əvəzinə x3 olur. Hücumçunun asan oyunu olduqda istifadə et — məsələn, lider klub zəif rəqibə qarşı.

⏰ Mövsümdə 1 dəfə
BB

Bench Boost

O turda skamyada olan 4 oyunçunun da balları sənin ümumi balına əlavə olunur. Çift turda və ya bütün 15 oyunçun yaxşı oynayacaqsa istifadə et.

⏰ Mövsümdə 1 dəfə
FH

Free Hit

Bir turda bütün komandanı dəyişirsən, sonra avtomatik geri qayıdır. Boş turlarda və ya çətin oyun cədvəlində faydalı.

⏰ Mövsümdə 1 dəfə

Transferlər

  • Pulsuz transfer: hər tur 1 ədəd
  • Yığım: istifadə etməsən növbəti tura keçir (maks. 2)
  • Əlavə transfer: −4 bal hər biri
  • Wildcard / Free Hit: aktiv olanda transferlər limitsiz
  • Deadline: tur başlamadan 1 saat əvvəl bağlanır

Liqalar

  • Ümumi liqa: bütün AzFantasy menecerləri
  • Klub liqaları: sevdiyin klubun azarkeşləri arasında yarış
  • Şəxsi liqa: dostlarınla yarat — limitsiz iştirakçı
  • Aylıq liqalar: hər ayın sonunda yenidən başlayır

Rütbələr və Avatar Parlaqlığı

Sıralamadakı yerin avatarının ətrafında xüsusi parlaqlıq verir. Bütün başqaları sənin reytinqini bir baxışda görür — istər sıralamada, istər istənilən səhifənin yuxarısında.

RütbəYerGörünüş
LEGENDARY 1 – 3
EPIC 4 – 10
RARE 11 – 50
UNCOMMON 51 – 250
COMMON 251+

Yerin hər tur sonra yenilənir. Hədəf — yuxarı qalxmaq və daha parlaq rütbə qazanmaq.

Yenilənmələr və Cədvəl

Saytımız avtomatik olaraq PFL ilə sinxronlaşır — oyun məlumatları, qol, sarı/qırmızı vərəqələr və ballar real vaxt rejimində yenilənir. Hər dəyişiklik avtomatik tutulur, sənə heç nə etmək lazım deyil.

Canlı ballar
Canlı · matç boyu · 17:00–23:00 Bakı vaxtı
Qol, assist, vərəqə və ballar matçlar zamanı avtomatik hesablanır
🌙
Gecə yoxlaması
Hər gün · 01:00 Bakı
Matçlardan sonra son ballar və statistika ilə tam yoxlama
💰
Oyunçu qiymətləri
Hər gün · 01:30 Bakı
Hər oyunçunun qiyməti formasına və populyarlığına görə yenilənir
📅
Oyun cədvəli
Hər gün · 07:00 Bakı
Matçların tarix, saat və hesabları yenilənir
👥
Oyunçu siyahısı
Bazar ertəsi · 07:15 Bakı
Yeni transferlər, zədələr və qayıtmalar həftəlik yenilənir
Transfer dedlaynı
Tur başlamadan 1 saat əvvəl
Dedlayndan sonra dəyişiklik mümkün deyil — növbəti tura qədər gözlə